Neftçilər. Həyət Layihəsi

PİLLƏ memarlıq və urbanistik platforması olaraq, şəhər və insan mövzusunda sosial layıhələrə dəstək veririk. Gördüyünüz nəticə də bir xeyirxah vətandaş tərəfindən təklif olunmuşdur. Layihə memari cəhətdən sifarişçi ilə əmakdaşlıq çərçivəsində həyata keçib və biz tərəfdən daha çox yerli əhali ilə işləmək, onların istəklərini, problemlərini öyrənib həll yollarını tapmaqdan və ümumi funksional zonlaşdırmanın həllindən və işlənəcək rənglərin konseptini hazırlamaqdan ibarət idi. Problemlər: -mərkəzləşdirilmiş su sisteminin olmaması -bazara yaxın olduğundan maşınların həyətdən surətli keçməsi -lyukların asfalt səviyyəsindən 20 sm aşağı olmasından uşaqların ora düşərək zədələnməsi -həyəti “keçid” küçə kimi istifadə olunmasından otun bitməməsi və yerin palçıq olması -uşaqlar üçün meydançaların olmaması, ağacların arasında saxlayan avtomobillər -xalça yumaq üçün meydançanın dağınıq vəziyyətə olması və kanalizasiya sisteminin işləməməsi.